Misirin vasitəçiliyi ilə İsrail və Fələstinin Həmas hərəkatı arasında Qəzza zolağında atəşkəsə dair danışıqlar yaxın bir neçə saat ərzində Qahirədə yenidən başlayacaq. Bu barədə EFE agentliyi Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Misir hakimiyyəti İsrail tərəfinin “Qəzzada atəşkəs və girovların mübadiləsi ilə bağlı danışıqları bərpa etməyi tələb etdiyi” mesajı alıb.
“The Times of Israel”in yazdığına görə , İsrailin tələbi Misirin vasitəçi kimi danışıqlar prosesindən mümkün çıxması ilə bağlı bəyanatlarının nəticəsi olub. Bundan əvvəl Misirin dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan xəbərdarlıq etmişdi ki, Misir səyləri şübhə altına alınarsa, münaqişənin həllində iştirakdan imtina edə bilər. (Tass)