İran Silahlı Qüvvələrinin Baş Qərargahı İslam Respublikasının prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri ilə bağlı tələsik nəticələrə gəlməyə qarşı xəbərdarlıq edib. Bu barədə idarənin ictimaiyyətlə əlaqələr mərkəzinin açıqlamasında bildirilir.
“Sizi internetdə fərziyyə əsasında, hadisənin faktları və səbəbləri barədə dəqiq məlumat olmadan, bəzən isə xarici medianın rəhbərliyi altında dərc olunan qeyri-peşəkar şərhlərə diqqət yetirməməyə çağırırıq”, – İRİB telekanalı bəyanatın mətnindən sitat gətirir. Baş Qərargah əlavə edib ki, “helikopter qəzası ilə bağlı məlumatın əhəmiyyətli hissəsi artıq toplanıb, bəzi sənədləri öyrənmək üçün daha çox vaxt lazımdır”. Qeyd olunur ki, fəlakətlə bağlı yalnız “hərtərəfli ekspertiza işindən sonra” yeni məlumatlar “ictimaiyyətə məlum olacaq”. (Tass)