Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər Laçına çatıblar.
Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
Səfər çərçivəsində Seyrangahda COP29-la əlaqədar təqdimat mərasimi olacaq. Həmçinin, diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.
Bundan başqa, Zerti Aqro-Sənaye Parkı və Hoçazfilm kinopavilyonuna ziyarət, eləcə də Həkəri çayına balıqların buraxılması planlaşdırılır.
Daha sonra “Xalça belə yarandı” adlı sərginin açılışı nəzərdə tutulub.