Sentyabr 13, 2025-13:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Elnur Soltanov: “Ermənistanın COP29-un Azərbaycanda keçirilməsi üçün atdığı addım çox yaxşı əlamət idi”

2024:05:24 - 11:51
in SİYASƏT
A A

Ermənistanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi üçün atdığı addım çox yaxşı əlamət idi.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi qərarının verilməsi bütün beynəlxalq ictimaiyyətin dəstəyi ilə mümkün oldu:

“Hazırda dünyada iqlim dəyişikliyi, iqlim böhranı ilə bağlı baş verən ən mühüm danışıqlara COP29-un ev sahibi olaraq rəhbərlik etmək çox məsuliyyətli bir vəzifədir. Biz qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün tədbirlər görməliyik. Amma bunun üçün bizə icra vasitələri lazımdır. Əsas həyatakeçirmə vasitəsi isə maliyyədir. Beləliklə, biz iddialı fəaliyyət gündəliyi, NGC ilə gündəmə gəlməliyik və bu yolda işlərə başlamışıq. Bu yolla dünya ictimaiyyətini ruhlandıracağıq və canlandıracağıq”.

Nazir müavini bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib:

“Beləliklə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın “yaşıl” texnologiyası və “yaşıl enerji”si üçün sınaq meydanına çevrilir. Deməli, bu bölgənin əhəmiyyəti öhdəmizə götürdüyümüz böyük vəzifə ilə üst-üstə düşür. Çünki Qarabağ və Şərqi Zəngəzur “yaşıl” dünya üçün ən yaxşı texnologiyaları sınaqdan keçirdiyimiz yerdir. Əgər uğurlu olarsa, Azərbaycanın digər bölgələrində də tətbiq edəcəyik. Bu regionda istehlak ediləndən daha çox “yaşıl enerji” istehsal edəcəyik və müəyyən mənada Azərbaycanın digər bölgələrinə də ixrac ediləcək”.

Əvvəlki Yazı

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni sədr seçilib

Növbəti Yazı

Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.