İyun 17, 2025-15:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Musiqili Teatrın aktyorları daha bir beynəlxalq tədbirdə iştirak ediblər

2023:10:02 - 16:00
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solistləri Aydan Həsənova və Emin Zeynallı Qazaxıstanın Karaqanda şəhərində keçirilən “DosStar” XII Açıq Operetta və Müzikl Festivalının qala konsertində iştirak ediblər.

Teatrdan AZƏRTAC-a bildirilib ki, onlar Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) və “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən və quruluşçu rejissor: S.Qulamov) tamaşalarından parçalar səsləndiriblər. İfaçıların səhnədə yüksək peşəkarlıq nümayişini rəğbətlə qarşılayan tədbir təşkilatçıları həm onlara, həm də Musiqili Teatrın rəhbərliyinə xüsusi təşəkkür bildiriblər.

Xatırladaq ki, Musiqili Teatrın kollektivi sentyabr ayı ərzində bu festivaldan əlavə, bir sıra müxtəlif beynəlxalq tədbirlərə də qatılıb.

Belarus Respublikasının XXVII “Belaya veja” Beynəlxalq Teatr Festivalına dəvət alan teatrın tanınmış aktyoru, Əməkdar artist Şövqi Hüseynov orada “Utancaq qız” (F.Dostoyevski, quruluşçu rejissor: C.Səlimova) mono-tamaşasını təqdim edib.

Aktyorlar Nicat Əli və Nərmin Əliyeva Qazaxıstanda keçirilən “TeART-Kokşe – 2023” Beynəlxalq Teatr festivalında Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (ГИТИС) təcrübəli müəllimlərinin ustad dərslərində iştirak ediblər.

Eleonora Mustafayeva isə həm Özbəkistanın Müstəqillik Günü münasibətilə Daşkənddəki təntənəli mərasimdə, həm də TÜRKSOY-un 30 illiyi ilə əlaqədar Fərqanə vilayətində təşkil olunan XXIV Türk Dünyası Opera Günlərində ölkəmizi layiqincə təmsil edib.

Aktyorlar iştirak etdikləri tədbirlərdən vətənə xoş təəssüratlarla qayıdıblar.

Əvvəlki Yazı

Uzun illərdən sonra Rəqabət Məcəlləsi Milli Məclisdə müzakirəyə çıxarılıb

Növbəti Yazı

Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.