Xarkov vilayətinin şimalında vəziyyət Ukrayna qoşunları üçün çətin olaraq qalır. Kiyevdə Volçansk istiqamətində problemlərdən və Kupyansk yaxınlığında vəziyyətin pisləşməsindən danışılır.
“Xarkov əməliyyat-taktiki qoşun qrupunun komandiri Mixail Drapatı bu qoşun qrupunun məsuliyyət daşıdığı ərazidə, xüsusən də Volçanski istiqamətində vəziyyətin çətin olduğunu bildirib” -mayın 16-da ikinci dəfə Xarkova gələn Ukrayna prezidenti Vladimir Zelenskinin saytında dərc olunmuş mesajda deyilir.
Eyni zamanda, Ukrayna Baş Qərargahının Telegram kanalı qeyd edir ki, Kupyansk hazırda “ən qaynar” istiqamətə çevrilib. (Tass)