Çin öz nümayəndəsini, xarici işlər naziri Vanq Yini İsveçrədə Ukrayna üzrə sülh konfransına göndərməyəcək, çünki həmin vaxt o, Rusiya Federasiyasında BRİKS xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Bu barədə Avropanın “Politico” nəşri Aİ-nin adı açıqlanmayan iki yüksək vəzifəli diplomatına istinadən məlumat yayıb. Onların fikrincə, Rusiya Ukrayna üzrə İsveçrədə təşkil olunan sülh konfransı ilə eyni vaxtda BRİKS toplantısını keçirməyi planlaşdırır. Mənbələr görüşün xarici işlər nazirləri səviyyəsində keçirilməli olduğunu iddia edir və bu məlumat təsdiqlənərsə, bu, Çinin İsveçrə görüşünə xarici işlər naziri göndərməyəcəyi anlamına gələcək.
Nəşr xatırladıb ki, Çin rəhbərliyi Rusiyanın dəvət olunmayacağı təqdirdə Ukrayna üzrə sülh konfransında iştirak etmək üçün İsveçrəyə yüksək səviyyəli nümayəndələrini göndərmək niyyətində olmadığını bəyan edib. (Tass)