İsrail hərbçiləri Qəzza zolağının şimalındakı Cəbəliyə bölgəsində yaxın döyüşlər və hava zərbələri nəticəsində “onlarla” silahlı radikalı məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, bəyanata görə, “İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bir neçə gün əvvəl hərbçilərə atəş açan Fələstinin radikal HƏMAS hərəkatının snayper dəstəsini məhv edib”. “Bu toqquşma zamanı hərbçilərdən xəsarət alan olmayıb”, – ordu qeyd edib.
Mətbuat xidməti əlavə edib ki, “son 24 saat ərzində Qəzza zolağının mərkəzi hissəsində İDF əsgərləri toqquşmalar və tank atəşi zamanı bir neçə terrorçunu məhv edib”. (Tass)