Rusiya prezidenti Vladimir Putin Özbəkistana ikigünlük səfər edəcək və burada ölkə lideri Şavkat Mirziyoyevlə danışıqlar aparacaq.
Bu, Putinin yeni prezidentlik müddəti başlayandan bəri üçüncü xaricə səfəridir (inauqurasiya mayın 7-də baş tutub). Qarşıdan gələn səfər dövlət səfəri olacaq – bu, mümkün olan ən yüksək statusdur.
Kremlin mətbuat xidmətinin məlumatına görə, danışıqlarda Putin və Mirziyoyev Rusiya-Özbəkistan münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini, strateji tərəfdaşlıq və müttəfiqliyi müzakirə edəcək, həmçinin aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Dövlət başçıları Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq. Putinin Özbəkistandakı ilk iş tədbirləri mayın 26-da axşama planlaşdırılıb. (Tass)