Ukrayna hökuməti sursat istehsalı ilə bağlı bir sıra prosedurları sadələşdirmək qərarına gəlib. Bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev teleqram kanalında məlumat verib.
“Hökumət silah-sursat istehsalı ilə bağlı prosedurları qismən sadələşdirir. Əsas yeniliklərdən biri döyüş sursatı üçün onların dəyərinin 25%-i qədər gəlirlilik səviyyəsinin müəyyən edilməsidir. PUA-ların döyüş sursatı üçün istismara buraxılma əmri, pilotsuz sistemlər və raketlər üçün buraxılış mühərrikləri istehsalçıları üçün dövlət müqaviləsi bağlamağa görə tələb olunan reyestrə daxil edilmə proseduru tələb olunmayacaq”.
Getmantsevin fikrincə, silah və hərbi texnikanın istehsalına nəzarətin zəiflədilməsi onların istehsalçılardan kütləvi şəkildə müxtəlif mütəşəkkil cinayətkar qrupların əlinə keçməsinə səbəb olacağına dair qorxu və qərəzlərdən xilas olmaq lazımdır.
“Biz bütün növ döyüş sursatları, barıt, partlayıcı maddələr və zəruri kimyəvi komponentlərlə problemin həllinə kömək etməyə hazır olanlara maksimum imkan verməliyik”, – o qeyd edib. (Tass)