Ermənistan polisi daha əvvəl baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlamağa cəhd etdiklərinə görə saxlanılan 280-dən çox fəaldan 273-nü azad edib.
Bu barədə TASS-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səhər tezdən Yerevanda müxalifətin “Tavuş Vətən uğrunda” hərəkatının koordinasiya etdiyi etiraz aksiyaları keçirilir. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan mayın 26-da Respublika meydanında keçirilən mitinqdə Paşinyanın istefasını tələb edib və müvəqqəti hökumətin qurulacağını bəyan edib. Qalstanyan Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. (Tass)