İyun 23, 2025-20:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan gələn il “EaPeReg”ə sədrlik edəcək

2024:05:27 - 16:16
in İQTİSADİYYAT
A A

Azərbaycan 2025-ci ildə “Şərq Tərəfdaşlığı” ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinə (EaPeReg) sədrlik edəcək.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına istinadən xəbər verir ki, bununla bağlı qərar ötən həftə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “EaPeReg”nin 23-cü plenar iclasında qəbul edilib.

Bildirilir ki, iclasda “EaPeReg”in builki sədri Moldova və sədr müavini Rumıniyanın tənzimləyici qurumlarının təmsilçiləri tərəfindən 2024-cü ilin əvvəlindən görülən işlər barədə məlumat verilib. Həmçinin şəbəkənin işçi qrup rəhbərləri tərəfindən görülən fəaliyyətlə bağlı hesabatları dinlənilib. Şəbəkənin İş Planı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə 15 ölkənin telekommunikasiya üzrə tənzimləyici qurumu, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Elektron Rabitə Tənzimləyiciləri Qurumu (BEREC) və Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupundan (EMERG) 40-dan çox nümayəndə iştirak edirdi.

Xatırladaq ki, “EaPeReg” 2012-ci ildə “Şərq Tərəfdaşlığı” ölkələrinin elektron rabitə tənzimləyiciləri üçün yaradılmış şəbəkədir. Platformada Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna iştirakçı ölkələr olaraq fəaliyyət göstərirlər. Rumıniya, Macarıstan, Çexiya, İrlandiya tənzimləyici qurumlarının rəhbərliyi isə fəal şəkildə şəbəkənin işində iştirak edən ölkələrə dəstək verir.

Əvvəlki Yazı

Texnika və mədəniyyət sahələrində bir qrup şəxsə Dövlət Mükafatları verilib – SƏRƏNCAM

Növbəti Yazı

Milli Kitabxanada “28 May – Müstəqillik Günü” haqqında tədbir olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.