Taliban hərəkatı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirakını təsdiqləyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov “ Rossiya 24 ” telekanalının efirində deyib.
“Taliban hökumətinin əmək naziri və Ticarət-Sənaye Palatasının rəhbəri Sankt-Peterburq İqtisadi Forumunda iştirak edəcək”, – o deyib.
(Tass)