Bu ilin yanvar-aprel aylarında Azərbaycan 137, 006 milyon ABŞ dolları dəyərində plastmas və ondan hazırlanan məmulatlar ixrac edib.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% azdır.
Hesabat dövründə plastmas və ondan hazırlanan məmulatlar dəyəri isə 160, 722 milyon ABŞ dolları təşkil edib. Bu, isə illik müqayisədə 4,7 % azdır.
Dörd ayda ölkənin ümumi ixracının 1,68%-i, ümumi idxalının isə 2,94%-i plastmas və ondan hazırlanan məmulatların payına düşüb.