Tehranda iki küçənin adı təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin şərəfinə dəyişdirilib, bir küçə isə onunla birlikdə uçan respublikanın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın adını daşıyır. Bu barədə İran paytaxtının şəhər şurasının mədəniyyət komissiyasının rəhbəri Narges Madanipour məlumat verib.
“Tehranın 15-ci məhəlləsində Bəsic meydanı ilə kəsişməsindən Bəhmən meydanına qədər olan Beesat magistral yolu şəhid Ayətullah Rəisinin adını daşıyır”, – deyə IRIB telekanalı onun sözlərini sitat gətirib . “Həmçinin, Paster küçəsinin şərq hissəsi mərhum prezidentin adını daşıyır”, Madanipour əlavə edib. Paster küçəsinin bu hissəsində İran Prezident Administrasiyasının ofisi yerləşir.
Mədəniyyət komissiyasının rəhbəri qeyd edib ki, “Kuşk küçəsi xarici işlər naziri, şəhid Hüseyn Əmir Abdullahianın adını daşıyır. Burada İran Xarici İşlər Nazirliyi yerləşir.
Mayın 25-də İranın İsfahandakı Nüvə Uran Emalı Mərkəzinin mətbuat xidməti mərkəzin respublikanın mərhum prezidentinin adını daşıyacağını açıqlayıb. (Tass)