Ukrayna Çexiya təşəbbüsü çərçivəsində iyun ayında on minlərlə 155 mm-lik mərmi alacaq. Bu barədə ČT24 telekanalı tərəfindən yayımlanan Avropa İttifaqı ölkələri liderlərinin görüşü başlamazdan əvvəl Çexiyanın Baş naziri Petr Fiala bildirib.
“Çexiya Ukraynaya sursat tədarükü təşəbbüsünü həyata keçirməyə hazırdır 15 Aİ və NATO ölkəsi Ukrayna Silahlı Qüvvələri üçün üçüncü ölkələrdən mərmi alınması üçün artıq 1,6 milyard avrodan çox töhfə verib. Biz çox yaxında Ukraynanın müdafiəsini gücləndirəcəyik, çünki ilk on minlərlə 155 mm-lik mərmi Ukraynaya yaxın günlərdə təhvil veriləcək”. (Tass)