Vaşinqton administrasiyası İsrailin Qəzza zolağındakı hərəkətlərinin “soyqırım” anlayışına aid olmadığına inanmaqda davam edir. Bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Humanitar vəziyyətə gəlincə, bu, əlbəttə ki, dəhşətlidir” . Eyni zamanda, Amerika xarici siyasət departamentinin nümayəndəsi vurğulayıb: “Bizim qiymətləndirməmizdə İsrail soyqırım törətmir, bizim qiymətləndirməmiz belə qalır. Biz gördük ki, onlar mülki şəxslərə dəyən zərəri azaltmaq üçün tədbirlər görürlər”.
“Bütün bunlar hüquqi qiymətləndirmədə nəzərə alınır və biz faktların heç bir şəkildə bunun lehinə olduğunu düşünmürük”. “Bu, o demək deyil ki, böyük insan iztirabları olmayıb” deyib. (Tass)