Fələstin-İsrail münaqişəsində növbəti gərginlik mərhələsi başlayandan bəri Qəzza zolağında Fələstin Qızıl Aypara Cəmiyyətinin 30-dan çox əməkdaşı həlak olub.
“Əl-Qüds xəstəxanasında işləyən Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Sam Ruhi Məhəmməd Aqel Qəzza zolağının mərkəzi bölgəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki evinə hücum zamanı öldürülüb”, – cəmiyyətin X səhifəsindəki hesabatında deyilir. “Bununla vəzifəsini yerinə yetirərkən öldürülənlərin sayı 30-u ötüb.” (Tass)