Cənubi Afrikada aparteid sisteminin 30 il əvvəl dağılmasından sonra yeddinci ümumi seçkilər üçün səsvermə başlayıb. Ölkə üzrə yerli vaxtla saat 21:00-a qədər ( Bakı vaxtı ilə 23:00) açıq qalacaq 23 292 seçki məntəqəsi açılıb.
Ölkənin 62 milyon əhalisindən 27,79 milyon nəfəri səsvermə siyahılarına daxil edilib. Onlar 14,5 min namizəd arasından parlamentin aşağı palatasının yeni tərkibini – 400 deputatdan ibarət Milli Assambleyanı və bütün 9 əyalətin qanunvericilik məclislərini seçməli olacaqlar. Onların hər birinin əhalisindən asılı olaraq 30-dan 80-ə qədər üzvü var. Cümhuriyyət tarixində heç vaxt seçkilər bu qədər rəqabətli olmayıb. Hakimiyyət səsvermə gününü tətil elan edib.