Avqust 27, 2025-23:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fuad Muradov Moldovada yaşayan Azərbaycan icması ilə görüşüb

2024:05:29 - 12:40
in SİYASƏT
A A

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kişineuya səfəri çərçivəsində Moldovada yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Moldova Azərbaycanlıları Konqresinin üzvləri, Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin və səfirliyin əməkdaşları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ülvi Baxşəliyev Diasporla İş üzrə Dövlət Komitəsinin soydaşlarımızla işini yüksək qiymətləndirib.

Sonra Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Azərbaycan İcmasının gördüyü işlər və qarşıda duran hədəflər barədə hesabatla çıxış edib.

Komitə sədri Fuad Muradov Azərbaycanın Dövlət Bayrağının işğaldan azad olunan ərazilərimizdə ucaldılması hadisəsinə görə dünya azərbaycanlıları adından Prezident İlham Əliyevə və qəhrəman hərbçilərimizə minnətdarlığını ifadə edib. F.Muradov Qarabağ bölgəsində görülən quruculuq işləri barədə ətraflı məlumat verib.

Komitənin fəaliyyəti barədə geniş hesabatla çıxışını davam etdirən sədr indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri barədə və dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb.

Digər çıxışçılar bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, Moldovada Azərbaycan Evinin açılmasını təklif ediblər. Komitə sədri təklifə baxılacağını bildirib.

Tədbirin sonunda Dövlət Komitəsinin adından Moldovada diaspor fəaliyyətində aktiv olan bir qrup icma üzvünə təşəkkürnamələr təqdim edilib.

Əvvəlki Yazı

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başa çatır

Növbəti Yazı

Ziya Əliyev: “Naxçıvanda sığorta maarifləndirilməsi ilə bağlı layihəyə start veriləcək”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.