AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Niyarlının növbəti kitabı Türkiyədə işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Düyün gününün sabahı” adlı kitab Ankarada “BENGÜ” yayınlarında çap edilib. Hekayələr toplusu olan nəşrin tərtibçisi və “Ön söz”ünün müəllifi Zeynep Yıldırımdır.
Kitabda müəllifin 18 hekayəsi yer alıb.