Avqust 12, 2025-0:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ağdam Sənaye Parkında bu il 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

2024:05:30 - 13:04
in İQTİSADİYYAT
A A

Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq.

“Report ” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

“Artıq Parkın ərazisinin 60 %-dən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib. Digər sənaye zonaları kimi Ağdam Sənaye Parkına da sahibkarlar böyük maraq göstərir. Agentliyin idarəçiliyində olan sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı hazırda Ağdam Sənaye Parkındadır. Burada ümumi investisiyaları 200,6 milyon manat olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik verilib. Onlar Parkda ümumilikdə 1 900-dən çox iş yeri yaratmağı nəzərdə tutur. Bu günə qədər rezidentlər Parka 35 milyon manatdan artıq investisiya yatırıb, 300-dək daimi iş yeri yaradıb. Əksər rezidentlər tikinti-quraşdırma işlərini tam başa çatdırıb, yaxın vaxtlarda istehsal fəaliyyətinə başlamağı planlaşdırır. Bəzi rezidentlər isə tikinti-quraşdırma işlərini davam etdirir. Bunların da bəzilərində işlərin bu il yekunlaşması planlaşdırılır”, – deyə o qeyd edib.

Sədr vurğulayıb ki, bu il Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqlarının və müxtəlif metal məmulatlarının, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalına başlanılması nəzərdə tutulur.

“Həmçinin hazırda Parkda dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır, bu ilin sonuna qədər çap oluna bilər

Növbəti Yazı

Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.