Avqust 11, 2025-16:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Tərəkəmə yurdu folklor beynəlxalq festival keçiriləcək

2024:05:30 - 14:14
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin dəstəyi, “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi” layihəsi çərçivəsində iyunun 1-2-də Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizm məkanında beynəlxalq festival keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinin çıxışları olacaq.

Kəndirbazlar, Zorxana, Oxatma, Çilingağac kimi milli oyunlar paralel göstəriləcək. Türkiyə, Gürcüstan və İtaliyadan qonaqlar festivala qoşulacaqlar.

Festival çərçivəsində rəsm əsərləri, dekorativ-sənətkarlıq nümunələri, kənd məhsullarından ibarət sərgi-yarmarka təşkil ediləcək. Tanınmış rəssamlar, heykəltaraşlar, el sənətkarları, idman ustalarının ustad dərsləri keçiriləcək. Oturma gecələrində tərəkəmə həyat tərzi ilə bağlı filmlər izləniləcək, müzakirələr aparılacaq. Xarici və yerli qonaqlar kənddə əvvəlcədən müəyyən edilmiş evlərdə qalacaq və ünsiyyət bağları quracaqlar. Səhər tezdən Tərəkəmə marafonu təşkil ediləcək və qonaqlar “Bel daşı əfsanəsi” marşrutu ilə hərəkət edəcəklər. Festival hər iki gün maraqlı proqramlarla davam edəcək.

Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının UNESCO siyahısına alınması ilə səsləşir. Tədbir təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və UNESCO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir.

Əvvəlki Yazı

Zelenski Vaşinqtona yaxın yüksək vəzifəli məmurları işlərdən uzaqlaşdırdı

Növbəti Yazı

Ərdoğan: Müharibə lobbiçiləri İstanbul razılaşmalarının icrasını sabote etdilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.