Avqust 22, 2025-5:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Coğrafiya İnstitutunun icraçı direktoru Moskvada keçirilən beynəlxalq seminarda çıxış edib

2024:05:30 - 15:40
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzində (MDBMİ BMMTM) “Dayanıqlı inkişaf üçün məkan təhlili” mövzusunda keçirilən beynəlxalq elmi seminarda iştirak edib.

Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, seminardan əvvəl Zaur İmrani MDBMİ-nin elmi işlər üzrə prorektoru Andrey Baykovla görüşüb. A. Baykov MDBMİ BMMTM ilə Coğrafiya İnstitutu arasında əməkdaşlığın gələcəkdə də məhsuldar inkişaf edəcəyini, eləcə də seminarın təşkili və iştirakçılar barədə yüksək fikirdə olduğunu diqqətə çatdırıb. MDBMİ BMMTM-nin direktoru İqor Okunev tədbir iştirakçılarına institutun fəaliyyət istiqaməti, yeni nəşrləri barədə məlumat verib, gələcəkdə görülə biləcək işlərdən danışıb.

Z. İmrani seminarda məruzə ilə çıxış edərək məkan məlumatlarının tarixi dövrlər ərzində dəyişməsi və müasir şəraitdə onların köməyilə ərazinin güclü və zəif tərəflərinin öyrənilməsi, eləcə də müxtəlif dayanıqlı inkişaf modellərinin hazırlana bilməsi barədə məlumat verib. O, dayanıqlı inkişafın əsas elementləri olan iqtisadi, sosial və ekoloji aspektlər nəzərə alınmaqla müxtəlif konsepsiyalardan söz açıb. Zaur İmrani müxtəlif amilləri birləşdirən və daha etibarlı elmə əsaslanan özünün dayanıqlı inkişaf modelini təqdim edib və bu sahədə dövlət siyasətinin inkişaf etdirilməsi üçün vacib komponentləri qeyd edib.

İştirakçılar Azərbaycanın timsalında dayanıqlı inkişaf siyasətinin həyata keçirilməsinin xüsusiyyətləri barədə müzakirələr aparıblar.

Əvvəlki Yazı

UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib

Növbəti Yazı

Çin bildirib ki, Rusiya Federasiyası ilə Çin arasında münasibətlərin inkişafı qlobal sülhə töhfə verir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.