Moskva ilə Pekin arasında münasibətlərin stabil inkişafı regional və qlobal sülhə töhfə verir. Bu barədə brifinqdə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirib.
“Çin-Rusiya münasibətlərinin sağlam və sabit inkişafı təkcə iki ölkənin və onların xalqlarının əsas maraqlarına cavab vermir, həm də regional və qlobal səviyyədə sülh, sabitlik və rifahı təşviq edir”, – Vu Qian deyib.
O xatırladıb ki, Çin və Rusiya bloklara qoşulmamaq, üçüncü tərəflərə yönəlməmək və qarşıdurma yaratmamaq prinsiplərinə riayət edirlər.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın Çinin Rusiyaya öldürücü silah tədarük etdiyi və ya tədarük etməyə hazırlaşdığı ilə bağlı iddialarını şərh edən Vu Qian Çinə qarşı əsassız ittihamlara son qoymağa çağırıb.
(Tass)