Amerika hərbi məsləhətçiləri Ermənistan, Moldova və Ukraynanın müdafiə nazirliklərinə, eləcə də bu dövlətlərin hakimiyyət orqanlarının tələbi ilə Balkan ölkələrinə göndərilib. Bu barədə Intelligence Online internet portalı məlumat yayıb.
İddia olunur ki, amerikalı müşavirlər “onları Amerika qüvvələri ilə uyğunlaşdırmalı və Rusiya modelindən uzaqlaşdırmalıdırlar, çünki bu ölkələrin səlahiyyətliləri “Moskvanın təsir orbitindən çıxmaq” istəyirlər. Nəşr qeyd edir ki, “özəl qurum tərəfindən həyata keçirilən bu mülki-hərbi əməliyyat son nəticədə islah edilmiş ordular üçün gələcək satınalmaların hazırlanmasına kömək edəcək”.