Azərbaycan Milli Kitabxanası Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95-ci ildönümü ilə əlaqədar geniş kitab sərgisi təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın həyat və yaradıcılığına həsr olunan Azərbaycan və rus dilində ədəbiyyat nümayiş olunub. Həmçinin sərgidə bəstəkarın kitabxananın fondunda mühafizə olunan əsərlərinin not yazıları da yer alır.
Sərgi bir həftə davam edəcək.