İyun 15, 2025-21:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Lənkəran Regional Elmi Mərkəzində şəhid Mahsun Bağırzadənin yenilənən xatirə guşəsinin açılışı olub

2024:05:31 - 13:06
in SOSİAL
A A

Vətən müharibəsində şəhid olan Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin doğum günündə yenilənən xatirə guşəsinin açılışı olub.Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.Öncə Şəhidlər xiyabanında Mahsun Bağırzadənin məzarı ziyarət edilib.Şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə Lənkəran Regional Elmi Mərkəzinin foyesində təşkil olunmuş xatirə guşəsinin açılışında rayon rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Mərasimdə Mərkəzin direktoru Mehman Əliyev şəhidin döyüş yolundan söz açıb. Qeyd olunub ki, məhz Mahsun Bağırzadə kimi Vətən oğullarının qəhrəmanlıqları və ayıq-sayıqlığı nəticəsində düşmənin istənilən təxribatının qarşısı alınıb.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan direktor həmin qələbədə payı olan Mahsun kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib.Mehman Əliyev şəhidin ailəsinin hər zaman dövlətimizin, o cümlədən AMEA rəhbərliyinin və Mərkəzin diqqət və qayğısı ilə əhatə edildiyini söyləyib. O, şəhidin xatirə guşəsinin AMEA rəhbərliyinin dəstəyi ilə yeniləndiyini diqqətə çatdırıb. Direktor şəhidlik zirvəsinə ucalan Mahsunun təkcə lənkəranlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb.Tədbirdə Astara rayonunun Əzərüd kəndindən Aprel şəhidi Pəncəli Teymurovun anası Vahimə xanım çıxış edərək şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.Qeyd edək ki, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Mahsun Bağırzadə 1998-ci il mayın 30-da Lənkəran rayonunun Xanbulan qəsəbəsində doğulub. O, ikinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə gedib. Şərəfli döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından keçib. 2020-ci il oktyabrın 22-də Qubadlı rayonunun “Yazı düzü” adlanan ərazisində şəhid olub. 2020-ci il noyabrın 4-də doğulduğu qəsəbənin Pir Yaqub ziyarətgahında torpağa tapşırılıb.Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.

Əvvəlki Yazı

Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik son oxunuşda təsdiqlənib

Növbəti Yazı

“Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda praktiki təlim keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.