Azərbaycan Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiyaya qoşulur.
AZƏRTAC xəbər verir ki, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Milli Məclis 2016-cı il noyabrın 24-də Parisdə imzalanmış “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nı Azərbaycan Respublikasının ona dair qeyd-şərtləri və bildirişləri ilə təsdiq edib.