Almaniya Müdafiə Nazirliyinin Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq Rusiya səmasında hava hədəflərini məhv etmək üçün “Patriot” zenit-raket komplekslərindən (SAM) istifadə olunacağını istisna etməyib.
“Tamamilə mümkündür ki, Patriot sistemləri artıq Xarkov bölgəsində və Rusiya üzərində də tətbiq olunacaq”, – general-mayor ARD telekanalında deyib.
Ümumilikdə Almaniya Ukraynanı iki Patriot sistemi ilə təchiz edib. Kiyev tezliklə Almaniyadan üçüncü belə hava hücumundan müdafiə sistemi almalıdır. (Tass)