İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 12-yə çatıb. Bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, İsrail hərbi hava qüvvələrinin Xan Yunisin şərqində və qərbində yaşayış məntəqələrinə endirdiyi silsilə zərbələr nəticəsində aralarında uşaq və qadınların da olduğu azı 12 fələstinli həlak olub. Bir neçə yaralının olduğu da bildirilir, lakin ölənlərin sayı barədə dəqiq məlumat verilmir.
Daha əvvəl üçü uşaq olmaqla səkkiz nəfərin öldüyü bildirildi.
Bundan əlavə, WAFA xəbər verir ki, İsrailin Fələstin anklavının mərkəzi hissəsində yerləşən Əl-Bureyc və Nuseyrat qaçqın düşərgələrində yaşayış binalarını artilleriya atəşinə tutması nəticəsində 10 nəfər həlak olub. Şəhərin şimal və qərb bölgələrinin atəşə tutulduğu Rəfahda da çoxsaylı insan tələfatına dair dəlillər var. (Tass)