Sağçı mühafizəkar Jobbik partiyasının (daha yaxşı Macarıstan üçün hərəkat) sədri Marton Gyöngyösi hesab edir ki, Macarıstanın baş naziri Viktor Orban Avropa siyasi kursu çərçivəsində Rusiya və Çinin maraqlarından çıxış edir. O, bu barədə “The Daily Beast ” nəşrinə müsahibəsində bildirib.
“Orban Aİ-də troya atı rolunu Putin və Xi Jinpinə satır”, – partiya lideri bildirib.
Nəticədə, Gyöngyösy iddia edir ki, artıq “Qərbdə heç kim Macarıstana güvənmir”. “NATO Orbanla məlumat paylaşmır, Slovakiya və Avstriya sərhədə nəzarət edir və Macarıstan universitetləri qrantları, tədqiqat fondlarını və mübadilə proqramlarına çıxışı itirirlər” deyə siyasətçi iddia edir. (Tass)