Çin hakimiyyəti əvvəllər bir neçə çinli məmura qarşı viza məhdudiyyəti tətbiq edən ABŞ-a qarşı sərt əks tədbirlər görəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
“Əgər Birləşmiş Ştatlar Çin Xalq Respublikasının mərkəzi hökuməti və Honq-Konq administrasiyası ilə əlaqəli məmurlara viza məhdudiyyətləri tətbiq edərsə, Çin buna qəti şəkildə qarşı çıxacaq”, – o, brifinqdə vurğulayıb.
Rəsmi Vaşinqtonun “Çinin suverenliyinə və Honq-Konqda qanunun aliliyinə hörmət etməli olduğunu” deyib. “Amerika tərəfi qəsdən “bir ölkə, iki sistem” prinsipinə hücum edir, Honq-Konqun milli təhlükəsizlik qanununu nüfuzdan salır, fərq qoymadan viza məhdudiyyətləri tətbiq edir”, – deyə Mao Ninq əlavə edib: “Bu, Çinin daxili işlərinə kobud müdaxilədir. Və eyni zamanda beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarının pozulması Çin bu cür hərəkətlərlə bağlı qəti narazılığını və kəskin etirazını bildirir”. (Tass)