Lənkəranda dənizdə boğulma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazisində dənizdə bir nəfərin boğulması barədə təcili yardıma məlumat daxil olub.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs ətrafdakıların köməyi ilə sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır və şəxsin kimliyi dəqiqləşdirilir.