Naxçıvanda Heydər Əliyev prospektində qeydə alınan qəzada 68-BB-846 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillə 72-BF-599 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil toqquşub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, toqquşma nəticəsində 72-BB-408 dövlət nömrə nişanlı “VAZ2107” markalı avtomobilə də ziyan dəyib.
Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.