Avqust 24, 2025-12:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə birgə fəaliyyət göstərəcək

2024:06:03 - 14:29
in GÜNDƏM
A A
Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün birgə fəaliyyət göstərəcək.“Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.“Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla neft-qaz bazarındakı vəziyyət, Azərbaycanın Avropanın enerji təchizatında mövcud və gələcək rolu, həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət gündəliyindəki məsələlər üzrə əməkdaşlığa dair maraqlı müzakirələrimiz oldu. Azərbaycanın “yaşıl enerji” zonası, “yaşıl enerji” dəhlizi təşəbbüslərinin təbliği, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri və enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün IEA ilə birgə fəaliyyəti razılaşdırdıq”, – deyə P.Şahbazov qeyd edib.

 

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, P.Şahbazovun F.Birolla görüşündə qlobal neft və qaz bazarlarındakı vəziyyət, Avropada qaza tələbat dinamikasına təsir edən faktorlar, eləcə də bərpa olunan enerji istehlakının artması və enerji təchizatında müasir tendensiyalar nəzərdən keçirilib. Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu artıq sübuta yetirdiyini vurğulayan F.Birol enerji təchizatında mürəkkəb vaxtlarda Avropaya qaz tədarükündə dəstəyinə görə ölkəmizə təşəkkürünü bildirib. Söhbət zamanı Avropaya qaz ixracının artırılması fossil yanacaqlara münasibətkontekstini də dəyərləndirib. Görüşdə Azərbaycanın bərpa olunan enerji kursu, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafına dair konsepsiyası, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində fəaliyyətindən bəhs edilib. “Yaşıl enerji” keçidində, bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyasında önəmli rol oynayan şəbəkənin gücləndirilməsini təmin edən məsələlər müzakirə edilib. Bu xüsusda, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri, həmçinin enerji səmərəliliyinin artırılması üzrə fəaliyyətin dəstəklənməsinin və qlobal əməkdaşlığın vacibliyi bildirilib

 

Əvvəlki Yazı

Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir

Növbəti Yazı

BVF ilə Azərbaycanın maliyyə sektorunun dayanıqlılığının artırılmasının yeni istiqamətləri müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.