Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Culian Çonun rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) missiyası ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, FSAP missiyasının nəticələri görüşün əsas müzakirə mövzusu olub.
Həmçinin proqram çərçivəsində maliyyə sektorunun dayanıqlılığının artırılmasını hədəfləyən yeni istiqamətlərin müəyyən olunması ətrafında fikir mübadiləsi aparılıb.