“Vətənin adı uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını çərşənbə axşamı saat 10:30-da İrəvanın mərkəzindəki Müqəddəs Anna kilsəsinə toplaşmağa çağırıb.
“Sabah saat 10:30-da biz burada, Müqəddəs Anna kilsəsinin həyətində toplanırıq, hara gedəcəyimizi söyləməyəcəyəm, amma bugünkü görüş yeri maraqlıdır, ona görə də bütöv bir ordu topladıq polis bizi müşayiət etsin” arxiyepiskop bildirib.
Bazar ertəsi keçirilən mitinqdə toplaşanlar nəticəyə yekun vurub və ənənəyə uyğun olaraq tədbiri dua ilə yekunlaşdırıblar. (Tass)