Ukraynadakı münaqişə və Qəzza sektorundakı böhran fonunda Orta (Transxəzər) nəqliyyat dəhlizinin əhəmiyyəti artır. Belə bir şəraitdə Çinin “Bir kəmər – bir yol” iqtisadi təşəbbüsünün əhəmiyyəti də artır, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Orta Dəhliz layihəsi Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Qəzzadakı münaqişənin Qırmızı dənizə təsir etdiyi və nəticədə geosiyasi risklərin artdığı bir şəraitdə daha da böyük əhəmiyyət kəsb edir”, – Anadolu agentliyi nazirin sözlərindən sitat gətirib.
Fidanın sözlərinə görə, Orta Dəhliz Qara və Aralıq dənizi hövzələrinə, eləcə də Avropa və Afrikaya fasiləsiz və daha sürətli çıxışı təmin edir. O, 2015-ci ildə iki təşəbbüsün uyğunlaşdırılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə Çin ilə anlaşma memorandumunun imzalandığını xatırladıb və Orta Dəhliz ilə Bir Kəmər və Yol Təşəbbüsü, eləcə də “Yol” kimi digər regional layihələr arasında sinerji yaradılmasının vacibliyini vurğulayıb.
Fidan bildirib ki, Orta dəhliz sayəsində Avropa ilə Asiya arasında quru yolu 2 min km, dəniz yolu isə 15 gün azalıb. (Tass)