Alman sakinlərinin əksəriyyəti – 66%-i çətin humanitar vəziyyət fonunda İsrail ordusunun Qəzza zolağında hərəkətlərini tənqid edib, 33%-i əməliyyatı haqlı hesab edib. Bu, Stern jurnalının sifarişi ilə Forsa xidmətinin keçirdiyi sorğunun nəticələrindən irəli gəlib.
Beləliklə, 2023-cü ilin noyabrından Almaniya sakinlərinin bu məsələ ilə bağlı mövqeyi kəskin şəkildə dəyişdi. O zaman respondentlərin əksəriyyəti – 62%-i hərbi əməliyyatı bəyənib, 31%-i isə əleyhinə olub.
Mayın 30-u və 31-də keçirilən sorğuda 1003 nəfər iştirak edib. (Tasd)