Ukrayna vətəndaşlarının 40%-dən çoxu Vladimir Zelenskinin prezidentliyi dövründə ölkədə demokratiya ilə bağlı vəziyyətin pisləşdiyini qeyd edir. Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğunun məlumatları sübut edir.
KIIS-in qeyd edib ki, respondentlərin 90%-i Ukraynanı tam fəaliyyət göstərən demokratiya kimi görmək istədiklərini bildiriblər. Eyni zamanda, ukraynalıların 43%-i qeyd edir ki, Zelenskinin hakimiyyətdə olduğu son beş ildə demokratiya ilə bağlı vəziyyət daha da pisləşib.
Respondentlərə həmçinin sual verilib ki, idarəetmə forması hansı olmalıdır – daha güclü prezident, yoxsa daha güclü parlament. Ukraynalıların böyük əksəriyyəti (74%) cavab verib ki, Ukraynanın nüfuzlu parlamenti olmalıdır, o, heç olmasa prezident tərəfindən hökumətin təyin edilməsinə razılıq verməli və onu buraxmaq imkanına malik olmalıdır.
Respondentlərin demək olar ki, yarısı (49%) son beş ildə iqtisadi vəziyyətin pisləşməsini qeyd edir, təxminən üçdə biri isə buna səbəb kimi hakimiyyətin səhv hərəkətlərini göstərir. (Tass)