Avqust 20, 2025-21:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Professor Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim və şagirdləri ilə görüşüb

2024:06:04 - 14:25
in SOSİAL
A A

İyunun 4-də kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim və şagirdləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dünyaşöhrətli alim ilk olaraq məktəbin kampusunda yaradılan şəraitlə tanış olub. Kimya laboratoriyasında şagirdlər tərəfindən aparılan araşdırmalarla maraqlanan professor Əziz Səncər öz tövsiyələrini verib. Daha sonra alim məktəb heyəti tərəfindən təşkil olunan tədbirdə iştirak edib.

Tədbiri Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Sərdar Gündoğan açıb.

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün çıxış edərək Türk dünyasının fəxri olan Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət etməsinin tarixi əhəmiyyət kəsb etdiyini və gələcəyini maarif məktəbləri ilə quran şagirdlər üçün əlavə motivasiya olacağını qeyd edib.

Görüşdə çıxış edən professor Əziz Səncər elmi fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün tərəfindən dünyaşöhrətli alimə xatirə hədiyyəsi təqdim olunub.

Sonda professor Əziz Səncər kitabını imzalayaraq məktəbə hədiyyə edib.

Əvvəlki Yazı

Şəhid jurnalist Sirac Abışovun anım tədbiri keçirilib

Növbəti Yazı

Cinayət işi Trampın 37 ölkəyə girişini qadağan edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.