Azərbaycanda son illərdə xeyli yeni iş yerləri açılıb. Ona görə də artıq sahibkarların üzərində ciddi məsuliyyət düşür.
“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024″ Beynəlxalq Proqramı çərçivəsində Şuşada təşkil olunan “NexGen: Sosial İnnovasiyalar” Forumunda deyib.
O xatırladıb ki, son 30 ildə Azərbaycan neft ixracı ilə tanınıb və inkişaf edib: “Dövlətin səyi nəticəsində sosial, sahibkarlıq, biznes sahəsində ciddi irəliləyiş əldə olunub. Yeni iş yerlərinin açılması bu sahənin inkişafına gətirib çıxarıb. Neft gəlirlərinin artması qeyri-neft sektorunun inkişafını da gündəmə gətirmişdi. Hazırda isə Azərbaycanın qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir”.