İyul 1, 2025-12:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan təmiz enerji sahəsində təşəbbüskar ölkəyə, əsas oyunçuya çevrilir

2024:06:05 - 14:38
in SİYASƏT
A A

Qlobal enerji bazarlarının transformasiyası sürətlə davam edir. İstehsal, istehlak və bu istiqamətdə qurulacaq şəbəkə də daxil olmaqla, hansı tərəfdən baxsaq, sabahın enerji sistemi indiki vəziyyətdən tamamilə fərqli görünməli olacaq. Proaktiv siyasət nümayiş etdirən Azərbaycan bu istiqamətdə də dünyaya töhfə verərək, arzu olunan inkişafı sürətləndirir və qlobal inkişaf səhvlərindən qaça biləcək yüksək keyfiyyətli mühit formalaşdırmağa kömək edir. Məsələnin aktuallığı həm də ondadır ki, Azərbaycan təkcə dövrümüzün deyil, istənilən zamanın və məkanın ən vacib məsələlərindən biri hesab etdiyi məsələ üzərində iş görür. O da məlumdur ki, heç bir problem bu günümüz və gələcəyimiz üçün iqlim dəyişikliyindən daha böyük təhlükə yaratmır. Azərbaycanın atdığı addımlar problemə dərin nikbinlik gətirir. Dövlətimiz sanki bərpaolunan enerjinin mühərriklərini hərəkətdə saxlayaraq böyük problemi həll etmək üçün ortaya güc, iradə, dinamizm və yaradıcılıq qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, konvensional resurslara aludəlik planeti və milli təhlükəsizliyi daim təhdid altında saxlayır. Bu baxımdan problemi müşahidə etməklə kifayətlənməyərək, Azərbaycan təmiz enerji sahəsində də təşəbbüskar ölkəyə, əsas oyunçuya çevrilir. Atılacaq addımların uzaqgörənliklə və ssenari baxımından düşünülərək planlaşdırılması vacibdir. Ümummilli standartların ilkin mərhələsinin qlobal standartlara uyğunlaşdırılması Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə atdığı ən vacib addımdır. Azərbaycan bu gün özəl sektora investisiya və innovasiyaları stimullaşdırmaq üçün perspektivli yeni texnologiyalara sərmayə qoyur, nəticəsini də alır. Bununla “bərpaolunan enerjiyə keçməyin iqtisadi mənası yoxdur” kimi spekulyasialara da yer qoymur. Habelə, bu kimi proqressiv addımlar dövlətimizin nüfuzundan, xalqımızın şüurlu yanaşmasından xəbər verir ki, bunun da iqtisadi olmaqla, əlavə dividentlərini də gözardı etmək olmaz.

Şəbnəm Həsənova qeyd edib ki, iyunun 4-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxış edərkən Azərbaycanın bu sektorda qət etdiyi yol, əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də gələcək inkişaf üçün yol xəritəsini, əməkdaşlıq üçün isə, fürsət imkanlarını aydın şəkildə göstərdi. Dövlətimizin başçısı bu günə kimi keçilən keşməkeşli yol barədə də geniş məlumat verdi. Bu isə təsadüf deyildi. Təbii ehtiyatların verdiyi divident qədər, onların mövcudluğuna görə ölkəyə və dövlətə gətirdiyi çətinlikləri də dəf etmək asan deyil. Bu, olduqca ehtiyatlı siyasət tələb edirdi ki, bunu da məharətli diplomatiya yürüdərək ölkəyə birbaşa xarici investisiya cəlb etməklə Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi böyük bir layihəni reallaşdırmaqla bacardı. Buna görə də tədbirdə çıxışı zamanı dövlətimizin başçısı bildirdi ki, “Bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar”. Məhz bu amili vacib sayan Ümummilli Lider Heydər Əliyev zamanında bildirmişdir: “Hər hansı investor üçün ən mühüm cəhət bu və ya digər ölkədə ictimai-siyasi şəraitin necə olmasıdır. Ölkəmizə gələn hər bir investor özünün təkliflərinə müvafiq olan dəstək və yardım ala bilər, ən başlıcası isə mehriban münasibətlərlə qarşılaşacaqdır. Çünki biz belə əməkdaşlığı istəyirik, arzu edirik, ona maraq göstəririk”.

“Bu gün isə Azərbaycan sürətlə inkişaf edir. Bunu isə sadəcə biz demirik. Tədbir zamanı iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təqdir olunması, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın nüfuzu, tədbir iştirakçılarının ölkəmizin uğurlarını yüksək dəyərləndirməsi, dinamik inkişafı ilə fərqlənən Bakı şəhəri haqqında müsbət fikirləri əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla realizə olunduğundan xəbər verir. “Əsrin müqaviləsi” Ulu Öndərimiz tərəfindən reallaşdırılaraq Azərbaycanın inkişafının təməli qoyuldusa, bu siyasətin bütün istiqamətlər üzrə Ümummilli Liderimizin idealları əsasında Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi isə Azərbaycana əsrimizin ən uğurlu dövləti statusunu qazandırır”, – deyə Şəbnəm Həsənova əlavə edib.

Onun sözlərinə görə, ötən gün açılışı olan Bakı Enerji Həftəsini xüsusi edən məqam onun üç mühüm tədbiri birləşdirməsi ilə yanaşı, həm də gündəliyinin də olduqca zəngin olmasıdır. Tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakını da nəzərə alsaq, Xəzər Neft və Qaz Sərgisi 1994-cü ildə fəaliyyətə başlasa da, sonradan özündə yaşıl enerji məsələlərini də ehtiva etdiyinə görə Bakı Enerji Həftəsi adlandırılıb. Azərbaycan bərpaolunan enerji resurslarına transformasiya yolunu tutub. Bərpaolunan enerjinin tam miqyaslı qəbuluna aparan yol isə həll edilməli olan çoxsaylı texniki, iqtisadi və ekoloji problemlərlə doludur. İqtisadiyyatını şaxələndirən Azərbaycan bu amala siyasətinin də şaxələndirilməsi yolu ilə nail olur desək, yanılmarıq. Bundan əlavə, bərpaolunan texnologiyaların istehsalı üçün zəruri olan materialların çıxarılması düzgün idarə edilmədikdə ətraf mühitə əhəmiyyətli təsirlərə səbəb ola bilər. Bərpaolunan enerjinin sosial təsiri də nəzərə alınmaqla bu istiqamətdə də işlər həyata keçirilir.

Şəbnəm Həsənova bildirib ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” konsepsiyası üzrə qurulur. Dövlətimizin başçısı çıxışı əsnasında BƏƏ-dən bir il sonra Azərbaycanın COP-a ev sahibliyi etməsini heç də təsadüf saymadı. Neft-qaz ehtiyatlarının mövcudluğunu isə hansı şəkildə istifadə etməyimizə görə dəyərləndirilmək çoxsaylı təzyiq və spekulyasiyalar fonunda yerində və zamanında deyilmiş fikir idi. Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı adlandırır. Azərbaycan təbii qazını alan səkkiz dövlətdən altısı Avropa ölkəsidirsə, deməli, biz həm coğrafiyanı genişləndirməyi bacarmışıq, həm də sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaş, etimad göstərilməli aktordur. Sözümüzün imzamız qədər dəyərli olması, bu sahə üzrə imzalanan müqavilələrin parlamentdə təsdiqlənməsi bundan xəbər verir. Dövlət başçısı haqlı olaraq bildirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. Şübhəsiz ki, söhbət təkcə coğrafi sərhədləri aşmaqdan getmir, bu, həmçinin müxtəlif mədəniyyətləri, qanunları və qaydaları anlamaqdan da ibarətdir. Dövlətlər qlobal genişlənmə ilə gələn problemləri də başa düşməli və prosesi digər iştirakçılar, ən vacibi isə daha zəif bəndlər üçün daha hamar etmək üçün çalışmalıdır. Azərbaycan istər əldə etdiyi Zəfərlə daha zəif bölgələr üçün stimul qismində çıxış edir, istərsə də qlobal çağırışlara verdiyi töhfə ilə həmin xalqların taleyinin daha parlaq olmasına çalışır. Qısa zamanda böyük siyasət nəticəsində əldə edilən zəngin təcrübə bu xalqlar üçün yüksək təfərrüatlı təcrübə, düzgün həll variantları, genişlənmək istəyən nəhəng transmilli korporasiyalar üçün də düzgün istedad axtarışında olmaqla kiçik biznes və ya yeni imkanlar təqdim edir.

Tədbirin daha bir mühüm məqamına diqqət çətən politoloq deyib: “Vacib məqamlardan biri də Harri Kemianın Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktubunu oxuması idi. Bu məqamda onu bildirməliyik ki, həftə ərzində ABŞ Prezidentinin artıq ikinci dəfə məktub göndərməsinin bir neçə aspektdən xüsusi mənası var. Dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik göndərir. Bu, həm də az öncə qeyd etdiyimiz spekulyasiyaların da digər üzü və davamı olaraq Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır. Üstəlik, erməni lobbi dairələrinin də əli boşa çıxdı. Azərbaycanın mövqeyi bəlli və aydındır. Bundan sonrakı mərhələdə ABŞ Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını saxlasa, Bakı-Vaşinqton əlaqələri yüksələn xətt üzrə davam edəcək. Azərbaycanın nüfuzu dünya tərəfindən təqdir olunur, ölkəmiz mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrilib. COP29-un məsuliyyətini çiyinlərində daşıyan ölkə tədbirə qədər yüksək koordinasiyalı daxili və xarici siyasət realizə edir. BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etməyimiz kompleks yanaşma ortaya qoyduğumuzdan xəbər verir. Azərbaycanın enerji siyasətinin gələcək istiqamətləri düzgün planlaşdırma kontekstində realizə olunur. Bu gələcək rol məhz planlaşdırma kontekstindən nəzərdən keçirilərək, müvafiq elementlər də müəyyən edilir. “Şahdəniz” layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 2024-cü il iyunun 4-də əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır”.

Əvvəlki Yazı

Şimali Koreya Cənubi Koreya ilə sərhəddə dəmir yolunu sökməyə başlayıb

Növbəti Yazı

İsrailin Dəmir Qübbəsi dağıdıldı! Hizbullah kamikadze pilotsuz uçan aparatla hücumun görüntülərini paylaşıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.