İyun 29, 2025-9:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rövşən Abbasov: COP29-un Azərbaycanda keçirilməsi ətraf mühitin qorunması istiqamətində görülən işlərin ən yaxşı göstəricisidir

2024:06:05 - 15:18
in SİYASƏT
A A

Azərbaycanda son illər ətraf mühitin mühafizəsi istiqamətində mühüm işlər görülür. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi ətraf mühitin qorunması istiqamətində görülən işlərin ən yaxşı göstəricisidir.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycanda milli ekosistem qiymətləndirmələrinin artıq tamamlanmasıdır. Belə ki, bu qiymətləndirmələr çərçivəsində milli biomüxtəliflik fəaliyyət planının tezliklə qəbul olunacağı və 2030-cu ilə qədər aydın hədəflər göstəriləcəyi gözlənilir.

Ekspert qeyd edib ki, eyni zamanda ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi getdikcə artmaqda, bərk tullantıların idarə olunması sahəsində də çoxsaylı işlər görülməkdə, polietilen torbalardan, plastik məmulatlardan istifadə getdikcə məhdudlaşdırılmaqda, qanunvericilik aktları daim təkmilləşdirilməkdədir.

“Bakı və Abşeron yarımadasında yaxın gələcəkdə istifadəyə veriləcək 2 böyük sutəmizləyici qurğunun işə salınması Xəzərin qorunmasına ölkə səviyyəsində verilən böyük əhəmiyyəti göstərir. Eynilə su ilə təminatda getdikcə alternativ su mənbələrindən istifadənin artırılması, Xəzərin suyunun duzsuzlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, su itkilərinin qarşısının alınması üçün torpaq kanalların bərpa olunması təqdirəlayiq işlər kimi qeyd olunmalıdır”, – deyə o qeyd edib.

R.Abbasov bütün Azərbaycan ictimaiyyətini, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən işçiləri Ümumdünya Ətraf Mühit Günü münasibətilə təbrik edib.

Əvvəlki Yazı

SOCAR: Tərəfdaşlarımız yeni layihələrin həyata keçirilməsinə maraq göstərirlər

Növbəti Yazı

Ulu Öndər Heydər Əliyev haqqında yeni fundamental tədqiqat

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.