Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesver (Almaniya silahlı qüvvələri) qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını rədd edib.
O, Bundestaqda deputatlardan birinin Aİ-nin tərəfdaş ölkələrinin Ukraynaya mümkün hərbi personal göndərmək planları barədə Almaniya hökumətinə məlumat verib-verməməsi və Berlinin özünün ora öz qoşunlarını göndərmək niyyətində olub-olmaması ilə bağlı suallarını cavablandırarkən deyib.
İyunun 3-də RFI radiostansiyası bildirib ki, Fransa prezidenti Emmanuel Makron iyunun 6-da Ukraynaya fransız hərbi təlimatçıların göndəriləcəyini elan edə bilər. Daha əvvəl “Le Monde” qəzeti yazıb ki, Makron Aİ-də Ukraynaya birgə təlimatçılar göndərmək üçün koalisiya yaratmaq istəyir. (Tass)