Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovla Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.