Birləşmiş Ştatlar və digər 16 ölkə HƏMAS-ı ABŞ prezidenti Co Baydenin mayın 31-də təqdim etdiyi Qəzza zolağında atəşkəs və girovların azad edilməsi planını qəbul etməyə çağırıb. Bu barədə Ağ Evin mətbuat xidmətinin dərc etdiyi 17 ölkə liderinin birgə bəyanatında deyilir.
“Bu kritik anda biz İsrail və HƏMAS rəhbərliyini razılığa gəlmək və girovların ailələrinə, eləcə də bu dəhşətli münaqişənin hər iki tərəfində olanlara, o cümlədən mülki şəxslərə kömək etmək üçün lazımi kompromisləri etməyə çağırırıq. “, – bəyanatda deyilir.
ABŞ, Avstriya, Argentina, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Kolumbiya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Tailand və Fransa liderləri də HƏMAS-ın planla razılaşmalı olduğunu vurğulayıblar. Bəyanatda deyilir ki, İsrail bu təklif çərçivəsində “irəliyə getməyə hazırdır”. (Tass)