Almaniya hökuməti silahlı münaqişə zamanı ölkə əhalisi üçün yenilənmiş fəaliyyət planını təqdim edib. Bild qəzeti yazır ki, orada müharibə zamanı hansı qaydaların tətbiq edilməsi və hansı tədbirlərin görülməsi qeyd olunur.
Nəşrin məlumatına görə, münaqişə zamanı hazırkı plan 1989-cu ildən yenilənmiş variantdır. NATO qoşunları Almaniya boyunca Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) də yerləşəcəyi şərq cinahına yenidən yerləşdirilməlidir. Qəzet vurğulayır ki, hücumlar eyni anda bir neçə yerdə baş verərsə, insanlar hər yerdə hökumətin təcili yardımına ümid edə bilməyəcəklər.
Eyni zamanda, yenilənmiş plana əsasən, “Almaniya özünü müdafiə edərkən” Bundestaq (Almaniya Federativ Respublikasının Parlamenti) buraxılmamalıdır. Binanın zirzəmilərindən, yeraltı dayanacaqlardan və metro stansiyalarından istifadə bombardman zamanı mülki vətəndaşlar üçün sığınacaq kimi nəzərdə tutulub. Bundan əlavə, səlahiyyətlilər müəyyən ərazilərdən evakuasiya əmri verə bilər, lakin “ailələr ayrılmamalıdır”. Materialda deyilir ki, xəstəxanalar “uzun müddət ərzində xəstələrin sayında qəfil artım” üçün hazırlanmalıdır.
Eyni zamanda, Bild-in qeyd etdiyi kimi, silahlı münaqişə baş verəcəyi təqdirdə Almaniya ərzaq da daxil olmaqla təchizat böhranı ilə üzləşə bilər. Bununla bağlı ərzaq məhsullarının paylanması üçün standartların tətbiqi təklif edilir. Hökumət buğda, çovdar və yulafı gizli yerlərdə saxlaya bilər. Belə başa düşülür ki, Nazirlər Kabinetinin də “fövqəladə ehtiyatı” (düyü, paxlalılar, qatılaşdırılmış süd) olacaq ki, “xüsusilə də meqapolislərdə” əhalini müəyyən müddət ərzində gündə bir dəfə isti naharla təmin edə bilsin. (Tass)