Fransa “Mirage 2000-5” qırıcılarının Ukraynaya təhvil verilməsini koordinasiya etməyi planlaşdırır və yayda ukraynalı pilotların təliminə başlayacaq. Bu barədə Fransa prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində bildirib.
“Sabah biz əməkdaşlığın yeni formasına başlayacağıq və Fransadan Ukraynaya öz ərazisini və hava məkanını qorumağa imkan verən “Mirage 2000-5” qırıcılarının tədarükünü elan edəcəyik və buna görə də sabahdan pilotların təliminə başlayacağıq. Proqramı, sonra isə bu təyyarələrin tədarükünü təmin edəcəyik”.
O, Ukrayna pilotlarının təliminin 5-6 ay çəkəcəyini açıqlayıb və etiraf edib ki, təyyarələrin tədarükü bu ilin sonunda başlaya bilər. Fransa lideri əlavə edib ki, Paris hazırda bu məsələ ilə bağlı tərəfdaşlarla daha bir “koalisiya” yaradılmasını müzakirə edir, “hal-hazırda onun son sayını deməyə hazır deyil”. Bu koalisiya Kiyevi F-16 qırıcıları ilə təmin etmək üçün artıq yaradılmış koalisiya ilə paralel fəaliyyət göstərəcək. (Tass)